AZ

Təhsilin İnkişafı Fondu ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Bakı. Trend:

Sentyabrın 25-də Azərbaycan Texniki Universitetinin Davamlıİnkişaf Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB)ilə Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumuimzalanıb.

Trendxəbər verir ki, tədbiri açıq elan edən İdarə Heyətinin sədri ElnurNəsibov Fondun təhsil və sahibkarlığın inteqrasiyasına dəstəkvermək, tələbələri innovativ təşəbbüslərə təşviq etmək niyyətindəolduğunu bildirib. O, ATİB ilə birgə layihələrin dövlət-özəltərəfdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyinivurğulayıb.

Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoruNurəli Yusifbəyli təhsil müəssisələri ilə iş dünyası əməkdaşlığınıntələbələrin praktiki bacarıqlarını gücləndirəcəyini və onların əməkbazarının tələblərinə uyğun yetişməsinə xidmət edəcəyini qeydedib.

ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov isə Azərbaycan vəTürkiyə iş adamlarının təhsilə verdiyi dəstəyin gələcək nəsillərinhazırlanmasında mühüm rol oynadığını bildirib. O, tərəflərin buəməkdaşlıq çərçivəsində həm biznes mühitinin inkişafını, həm dəgənclərin biliklərinin artırılmasını hədəflədiyini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsininmüdiri Rəsul Həşimov Fondun həyata keçirdiyi layihələr haqqındageniş təqdimatla çıxış edib.

Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyası və “PeerstackAcademy”ə infotur tərəflər üçün əlavə məlumat toplamaq vəşəbəkələşmək imkanı yaradıb.

Qeyd edək ki, tərəflər əməkdaşlığı gənclərin sahibkarlıqtəşəbbüslərini dəstəkləmək, “TələbəPlus” və “TəhsilPlus” kartları,təqaüd proqramları, infrastruktur təşəbbüsləri və tərəflərinrazılaşdıracağı digər layihələr çərçivəsində həyatakeçirəcəklər.

Məqalədə:
Seçilən
18
9
az.trend.az

10Mənbələr