Bakı. Trend:
2050-ci ilədək alternativ yanacaq növlərinin bunker bazarının 60faizini təşkil edəcəyi proqnozlaşdırılır.
Trend xəbər verirki, bunu “Marine Bunker Exchange”-in (MABUX) icraçı direktoruSergey İvanov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neftemalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransdaçıxışında söyləyib.
Onun sözlərinə görə, 2050-ci ilə qədər bunker bazarınınseqmentləşdirmə strukturu belə proqnozlaşdırılır: yüksək kükürdlümazut yanacağının (HSFO) payı 4 faiz təşkil edəcək, aşağı kükürdlüdəniz qazoylu (MGO LS) isə təxminən 6 faiz olacaq.
Bundan əlavə, mayeləşdirilmiş təbii qazın (LNG) payı təxminən 15faiz, aşağı kükürdlü mazutun (LSFO) payı isə eyni səviyyədəproqnozlaşdırılır.
Ən böyük pay – təxminən 60 faiz – alternativ yanacaq növlərinəaid olacaq və bu növlər 2050-ci ilə qədər bunker bazarının əsasseqmenti kimi çıxış edəcək.