AZ

Trampın Ukraynanın sərhədləri ilə bağlı açıqlamaları taktikadır

ABŞ prezidenti Donald Trampın Ukrayna sərhədləri ilə bağlı açıqlamaları ABŞ-ın siyasətində dəyişiklik deyil, danışıqlar taktikasıdır.

“İki sahil” xəbər verir ki,  bu barədə “The New York Post” mənbələrə istinadən məlumat yayıb.

"Bu, siyasətdə hər hansı əhəmiyyətli dəyişiklikdən xəbər vermir. Bu, Rusiyaya təzyiq göstərmək məqsədi daşıyan aydın və aşkar danışıqlar taktikasıdır", - məqalədə deyilir.

Bundan əvvəl Tramp Ukraynanın “sərhədlərini bərpa edə biləcəyi” və “hətta daha da irəli gedə biləcəyi” fikrini bildirmişdi.

O, bu sözləri Nyu-Yorkda Vladimir Zelenski ilə görüşdən sonra deyib.

Seçilən
1
ikisahil.az

1Mənbələr