AZ

Ağcakənddə məskunlaşan yeganə ailə: "30 yaşımda çıxdığım torpağa 63 yaşımda qayıtdım" – VİDEO

Laçının Ağcakənd kəndində məskunlaşan yeganə ailə - Əmirovlar Baku TV-yə müsahibə veriblər.

Bizim.Media xəbər verir ki, doğma yurduna illərlə həsrət qaldığını söyləyən Mirağa Əmirov indi sevincinin həddi-hüdudu olmadığını bildirir.

"30 yaşımda çıxdığım torpağa 63 yaşımda qayıtdım. Amma özümü elə 30 yaşımda hiss edirəm. Ata yurduma gətirdiyim təsərrüfatımı genişləndirəcəyəm", - deyə sakin söyləyib.

Şənhəyat Əmirova isə Laçından çıxmalı olduqları günü xatırlayıb:

"Buradan çox pis vəziyyətdə getdik. Üç uşağımızı və onların paltarlarını götürüb ağlaya-ağlaya çıxdıq. İndi öz torpağımıza qayıtmışıq, çox sevincliyəm".

Ətraflı süjetdə:


Bizim.Media

Seçilən
1
1
bizim.media

2Mənbələr