AZ

"Kasetli silahların fəsadları hələ də davam edir" – QHT sədri

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” (MOAK İB) ictimai birliyi Azərbaycanda kasetli sursatlar probleminin miqyası və zərərçəkənlərin vəziyyətinin müzakirəsi məqsədilə təşkil olunan Dəyirmi Masa tədbirində çıxış edən İctimai Birliyin sədri Hafiz Səfixanov bildirib ki, tədqiqatlar göstərir ki, birinci Qarabağ müharibəsi zamanı da kasetli silahlardan istifadə olunub.

"Layihəmizin tədqiqatları 1992–2025-ci illəri əhatə edir və Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində aparılıb. 27 sentyabr 2020-ci ilədək cəbhə xətti hesab olunan Tərtər, Goranboy, Beyləqan rayonları, həmçinin Ermənistanla dövlət sərhədində yerləşən Ağstafa rayonuna qədər müxtəlif ərazilərdə monitorinqlər həyata keçirilib. Tədqiqatların məqsədi kasetli silahların tətbiqinin miqyasını müəyyən etmək, sursatların növlərini araşdırmaq, infrastruktur layihələrinin icrasına təsirlərini öyrənmək, həmçinin bu silahların qurbanlarına çevrilmiş şəxsləri müəyyənləşdirməkdən ibarət olub. Bunun üçün beynəlxalq təşkilatların nümayəndələri, rayon icra hakimiyyətləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəlikləri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin ictimai birlikləri ilə görüşlər keçirilib".

QHT sədri bildirib ki, tədqiqat nəticəsində müəyyən olunub ki, Azərbaycan kasetli silahların istifadəsindən zərər çəkmiş azsaylı ölkələrdən biridir. İlk hadisə 15 avqust 1992-ci ildə qeydə alınıb:

"Həmin vaxt Füzuli rayonunun Yanıqpəyə kəndinə iki ədəd kasetli bomba atılıb. Bu hücum nəticəsində 7 mülki şəxs həlak olub, 70 nəfərə yaxın insan isə yaralanıb. Onların əksəriyyəti öz həyətlərində adi məişət işləri ilə məşğul olan qadınlar idi. Kasetli sursatlardan istifadənin fəsadları bu gün də davam edir və mülki əhaliyə təhlükə yaratmaqda davam edir.”

 

Pərvanə Fərhadqızı

Seçilən
1
qht.az

1Mənbələr