AZ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Xankəndi və digər işğaldan azad olunmuş zonalarda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Dövlət Turizm AgentliyiAzərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Unibank KB ASC-nin biznes bölümünün əməkdaşları geniş təqdimatla çıxış ediblər. Təqdimat zamanı sahibkarlara bank məhsulları, güzəştli kredit imkanları və fond resursları barədə geniş məlumat verilib. Bankın Fondlarla iş üzrə rəhbəri Zaur Səidov fond məhsullarını təqdim edərək, sahibkarlara işğaldan azad olunmuş zonalara dövlət tərəfindən təqdim olunan güzəştli fond məhsulları, bu sahədəki imkanlar və əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verib. Korporativ departamentin  Biznesin maliyələşmə mərkəzinin meneceri Fərid Hacıyev isə iştirakçılara bankın korporativ xidmətləri və maliyyə həlləri haqqında geniş məlumat çatdırıb.

Təqdimatın sonunda sahibkarların sualları cavablandırılıb və iştirakçılar maraq göstərdikləri mövzular üzrə geniş müzakirələr aparıblar. Tədbirdə, həmçinin, nağdsız ödənişlər, sosial media marketinqi (SMM) və biznesin rəqəmsallaşdırılması mövzularına toxunulub.

Unibank regionlarda iqtisadi inkişafı dəstəkləməyə, işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafını təşviq etməyə və müştərilərə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməkdə davam edir.

 

 

Seçilən
5
8
banker.az

9Mənbələr