AZ

Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2007-ci il seçkilərində qələbəsini təmin etmək üçün Liviya lideri Müəmmar Qəddafi rejimindən qanunsuz təşviqat maliyyəsi almaq ittihamı ilə mühakimə olunduğu işdə təqsirli bilib.

Heftelik.az “Le Monde”yə istinadən xəbər verir ki, Nikola Sarkozi “Liviya işi” üzrə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə bütün digər ittihamlar üzrə keçmiş prezidentə bəraət verib.

Qeyd edək ki, prokurorluq Sarkozini passiv korrupsiyada, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində, dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda ittiham edib.

Seçilən
8
14
heftelik.az

10Mənbələr