AZ

Qonşu ölkədə məktəbdə PUA dərsləri keçiriləcək

Rusiyada məktəblərin təhlükəsizliyi ilə bağlı yeni addımlar atılıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Təhsil Nazirinin birinci müavini Aleksandr Buqayevin sözlərinə görə bütün təhsil müəssisələrinə pilotsuz uçuş aparatlarının hücumu zamanı görüləcək tədbirlərlə bağlı sənədlər və konkret fəaliyyət alqoritmləri göndərilib.

Nazirlik bu kimi hallara hazır olmaq üçün xüsusi planlar hazırlayıb və ildə iki dəfə keçirilən ümumrusiya təlimlərində həm şagirdlərin, həm də müəllim və məktəb heyətinin davranış qaydaları təcrübədə sınanır.

Buqayev vurğulayıb ki, təlimlərdə məhz pilotsuz aparatların hücumu ilə bağlı ssenarilər də ətraflı şəkildə işlənir və məktəblərə tətbiq üçün müvafiq metodik göstərişlər təqdim olunur.

Qeyd edək ki, sentyabrın 21-də axşam saatlarında Krımın Foros qəsəbəsində yerləşən A.S. Terletski adına məktəb dron hücumuna məruz qalıb. Nəticədə binada yanğın baş verib, akt zalı tamamilə dağılıb, kitabxana isə ciddi zərər görüb. Hadisə zamanı məktəbdə şagirdlər olmayıb, lakin mühafizəçi xəsarət alıb.

Seçilən
7
3
konkret.az

4Mənbələr