AZ

Türkiyəli futbolçuya 100 milyon qiymət qoyuldu

“Yuventus”un gənc futbolçusu Kenan Yıldız İngiltərə Premyer Liqasına yollana bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” 20 yaşlı türkiyəli oyunçunu transfer etmək niyyətindədir və artıq onun nümayəndələri ilə əlaqə saxlayıb.

Turin klubu vingerin qiymətini 100 milyon avro müəyyənləşdirib.

Kenan Yıldız bu mövsüm “Yuventus”da 9 oyunda 5 qol və 6 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

 

Seçilən
12
idmanxeber.az

1Mənbələr