AZ

Ölkə əhalisinin geyim xərcləri 5,2 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 233,3 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5% çoxdur. 

Qeyd edək ki, ötən 8 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 12,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
6
1
banco.az

2Mənbələr