AZ

DİN-dən yenilik: E-Polis vətəndaşın şəxsi köməkçisinə çevrilir, bildiriş göndərir

Bakı.Trend:

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaş məmnunluğunu rəqəmsalhəllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaqməqsədilə E-Polis mobil tətbiqi davamlı olaraqtəkmilləşdirilir.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, yeni tətbiq edilən “push” bildirişləri sayəsindəE-polis istifadəçiləri artıq proqrama daxil olmadıqda beləsənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtındaxəbərdar olunacaqlar. Bu bildirişlər şəxsiyyət vəsiqəsi, sürücülükvəsiqəsi, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texnikibaxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamilolunur:

"Sistem vətəndaşa sənədinin etibarlılıq müddətinin başaçatmasına uyğun olaraq 30, 15 və 3 gün qalmış xəbərdarlıq göndərir.Bu isə hər birimizə sənədlərimizi vaxtında yeniləməyə, əlavə vaxtitkisi ilə üzləşməməyə və inzibati məsuliyyət riskindən yayınmaqimkanı yaradır.

Bir sözlə, əgər vətəndaş əvvəllər sənədinin etibarlılıqmüddətini özü izləməli idisə, indi bu işi sistem avtomatik olaraqözü görür və tətbiq istifadəçisini vaxtında xəbərdar edir".

Seçilən
51
16
az.trend.az

10Mənbələr