AZ

Prokurorluq Ülviyyə İlyasovanın həbsini tələb etdi - İş məhkəməyə getdi

Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurması faktı üzrə cinayət işi məhkəməyə göndərilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən Yasamal Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Ü.İlyasovanın qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində Əlibəyova Mila Sabir qızının səhhətinə zərər vurulması ilə bağlı vətəndaşın müraciəti üzrə araşdırma aparılaraq cinayət işi başlanıb.

İstintaqla Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan edilib, həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilmədiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, M. Əlibəyova tanınmış aktrisadır.

Bizim.Media

Seçilən
0
16
bizim.media

10Mənbələr