AZ

Macarıstan Trampın çağırışını RƏDD ETDİ

Macarıstanın xarici işlər naziri Peter Siyarto Donald Trampın Rusiya neftinin idxalını dayandırmaq çağırışlarını rədd edib.

Busaat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

“Biz, əlbəttə ki, prezident Donald Trampın sülhə nail olmaq üçün göstərdiyi bütün səyləri dəstəkləyirik. Bununla belə, coğrafi mövqeyimiz dəyişə bilməyəcəyimiz reallıq yaradır”, -deyə Siyarto vurğulayıb.

O,o əlavə edib ki, ölkəsi ümumi neft ixracının yalnız 2%-ni Rusiyadan idxal edir və Xorvatiyadan mövcud alternativ marşrutların bu həcmi əvəz etmək üçün kifayət etmədiyini qeyd edib.

Keçən həftə ABŞ prezidenti Donald Tramp NATO üzvlərini Moskvaya sülh sazişi imzalaması üçün təzyiq göstərmək üçün Rusiya neftinin idxalını dayandırmağa çağırıb. BMT Baş Assambleyasında o, Macarıstanın baş naziri Viktor Orbana da müraciət edib.

“O, mənim dostumdur. Mən onunla danışmamışam, düşünürəm ki, o, dayana bilər”, – deyə Tramp qeyd edib.

Yeganə

 

Seçilən
7
busaat.az

1Mənbələr