AZ

Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi

Sosial şəbəkələrdə toy karvanında "Tofaş" markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 28 yaşlı sürücü Nurlan Səfərli müəyyən edilərək saxlanılıb.

Sürücü barəsində tədbir görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. pizza mizza

Məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Seçilən
10
33
yenisabah.az

10Mənbələr