Hazırda həbsdə olan "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciətə edib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə müraciət təmin etməyib.
Qeyd edək ki, Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham irəli sürülüb.