AZ

Tramp icazə verdi, vuracağıq - Zelenski

Rusiyanın enerji infrastrukturu və silah zavodları kimi hədəflərini vurmaq üçün Donald Trampın açıq dəstəyini aldım.

Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Axios” nəşrinə müsahibəsində deyib.

"Əgər Ukrayna ABŞ-dan əlavə uzaqmənzilli silahlar alsa, biz onlardan istifadə edəcəyik”, - Zelenski bildirib.

Onun sözlərinə görə, görüş zamanı Trampdan Vladimir Putini danışıqlar masasına oturtmağa məcbur edəcək yeni silah sistemi tələb edib:

"Tramp da mənə bunun üzərində işləyəcəklərini dedi”.

Zelenski yeni silah sisteminin adını açıqlamayıb və bildirib ki, bunu yalnız kameralar söndürüləcəyi təqdirdə deyəcək.

Seçilən
4
2
ulusum.az

3Mənbələr