AZ

Rusiya ilin əvvəlindən Ukraynanın 205 yaşayış məntəqəsini ələ keçirib

Rusiya Müdafiə Nazirliyi ilin əvvəlindən Ukraynanın 205 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirdiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyə istinadən məlumat verib.

Bəyanatda deyilir ki, həmin ərazilər yanvarın 1-dən sentyabrın 25-nə qədər olan dövrdə Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçib.

Həmçinin, iddia edilir ki, Rusiya ordusu ümumilikdə Ukraynanın Donetsk, Luqansk, Xarkov, Zaporojye, Sumı, Dnepropetrovsk vilayətlərində 4714 kv.km ərazini nəzarətə götürüb.

Seçilən
9
4
ikisahil.az

5Mənbələr