AZ

"Müharibədə heç bir tərəf ciddi irəliləyiş əldə etmir"- Politoloqdan şərh

"Müharibədə heç bir tərəf ciddi irəliləyiş əldə etmir".

Politoloq Turab Rzayev News365.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyərləndirib.

Onun sözlərinə görə, hazırda cəbhədə hər iki tərəfin əhəmiyyətli irəliləyiş əldə etməsi müşahidə olunmur:
“Rusiya Xarkovun şərqində sərhədin 2 kilometrliyində olsa da, şəhəri tuta bilmir. Ukrayna da böyük bir şəhəri azad edə bilmir. Sonuncu azad edilən şəhərdə isə Rusiya özü geri çəkildi. Yəni, hər iki tərəf yalnız sərhədyanı kəndlər və qəsəbələr uğrunda döyüşür, strateji dəyişiklik baş vermir”.

Politoloq qeyd edib ki, sabiq ABŞ prezidenti Donald Trampın müharibəyə yanaşması daha fərqlidir:
“Tramp hakimiyyətə gələndən bəri açıq şəkildə bildirirdi ki, Ukraynaya verilən pullar sonda batmış vəsaitə çevrilə bilər. Çünki Qərb bu müharibədən sonra Ukraynanın resursları və ya Rusiyanın aktivləri üzərindən xərclərini kompensasiya etməyi planlaşdırırdı. Lakin Rusiya tez bir zamanda məğlub olmadı. Nəticədə verilən yardımların böyük qismi qarşılıqsız yardım kimi qaldı”.

Turab Rzayev əlavə edib ki, Tramp dəfələrlə Ukraynaya ayrılan maliyyə dəstəyinin miqyasına diqqət çəkib:
“Rəqəmlər müxtəlifdir – 160, 200, 500 milyard dollar ifadə olunur. Tramp isə 500 milyard dollarlıq dəstəkdən danışaraq bu məbləğin əvəzində ABŞ-ın heç nə qazanmadığını vurğulayıb”.

Seçilən
7
news365.az

1Mənbələr