AZ

“Rusiya Azərbaycanda etibarını itirib...” “ABŞ nin bu düzəlişi saxlanması Bakını Çinə yaxınlaşdırır”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhur “Forbes” jurnalında Azərbaycanla bağlı maraqlı məqalə dərc edilib.

“AzPolitika” xəbər verir ki, Uesli Aleksandr Hillin müəllifi olduğu yazıda Azərbaycan-Amerika münasibətlərinə dair fikirlər yer alıb.

Müəllif avqustda Azərbaycan və Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı əsl diplomatik sıçrayış adlandırır. Yazıda qeyd olunur ki, Azərbaycanın 2020-ci il müharibəsində qələbəsinə baxmayaraq, regionda gərginlik qalmaqdadır və ABŞ üçün əsas addım Azadlığa Dəstək Aktının Azərbaycana birbaşa yardımı məhdudlaşdıran 907-ci maddəsinin yekun olaraq ləğvi olardı.

Yazıda bu maddənin köhnəldiyi və ləğv edilməli olduğu önə çəkilir: “1992-ci ildə qəbul edilmiş 907-ci düzəliş köhnəlib və artıq regionun reallıqlarını əks etdirmir. Bu gün o, ABŞ-nin strateji tərəfdaşlıqlarını məhdudlaşdırır və Amerika biznesləri ilə daha fəal əlaqəyə mane olur.

Xəzər dənizi sahilində yerləşən Azərbaycan enerji resurslarının Rusiya və İrandan yan keçməklə Orta Dəhliz və Cənub Qaz Dəhlizi ilə nəqlində strateji rol oynayır. Azərbaycan Rusiya və İranın xarici təzyiqlərini uğurla tarazlayır, qərbyönlü siyasət yürüdür və ABŞ, Aİ və İsraillə sıx əlaqələr saxlayır. Onun enerji və logistika mərkəzi kimi rolu Ukraynada müharibə başlayandan sonra artıb.

Dünyəvi və açıq Azərbaycan, xüsusən də İranda 25 milyona qədər azərbaycanlının (bəzi məlumatlara görə, Azərbaycan türklərinin sayı 35 milyona yaxındır –red.) mövcudluğunu nəzərə alsaq, İrandakı teokratik rejim üçün təhlükə yaradır. Rusiya isə düşmənçilik hərəkətləri, o cümlədən Azərbaycan vətəndaşlarının həbsi və ölümü ilə bağlı insidentlərdən sonra regionda etibarını itirir”.

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan ABŞ ilə əməkdaşlıq edir və qeyri-sabit regionda sabitlik nümayiş etdirir: “ 907-ci düzəlişin saxlanması Amerikanın maraqlarına ziddir və Bakını artıq regiona aktiv sərmayə qoyan Çinlə yaxınlaşmağa sövq edir”.

Məqalənin sonunda deyilir ki, “Əgər ABŞ köhnəlmiş bir düzəlişi ləğv etməklə əməkdaşlığın bu səviyyəsini mükafatlandırmasa, digər müttəfiqlər Amerikanın etibarlılığına şübhə etməyə başlasa, təəccüblənməyin”.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
azpolitika.info

1Mənbələr