AZ

Ahu Yağtu xəstəxanadan evə buraxıldı - Sağlamlıq durumu barədə açıqlama verdi

Komedian Cem Yılmazın keçmiş həyat yoldaşı, aktrisa Ahu Yağtu ötən günlərdə küçədə huşunu itirərək xəstəxanaya yerləşdirilmişdi.

News365.az xəbər verir ki, müayinələr nəticəsində aktrisanın beyin damarlarında biri partlamaq üzrə olmaqla 4 anevrizma aşkarlanmışdı. Ona stent və coil üsulu ilə müdaxilə edilmişdi.

Yağtu bir müddət xəstəxanada müalicə aldıqdan sonra bu gün evə buraxılıb. O, sosial şəbəkədə paylaşım edərək sağlamlıq durumu ilə bağlı məlumat verib:

“Vertigo tutması ilə küçədə yıxılıb huşumu itirdim. Aparılan müayinələrdə 4 anevrizma aşkarlandı və müdaxilə edildi. Bu gündən etibarən xəstəxanadan çıxdım. Şiddətli baş ağrılarım xaricində yaxşıyam, çox şükür ki, daha yaxşı olacağam. Bu müddətdə dualarını əsirgəməyən, dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Ahu Yağtunun menecerlik şirkəti də aktrisanın səhhəti ilə bağlı açıqlama yayaraq onun vəziyyətinin yaxşı olduğunu bildirmişdi.

News365.az

Seçilən
1
news365.az

1Mənbələr