AZ

“Həvəsləndirmə mükafatları” müsabiqəsi başa çatıb

“Məşğulluğa Dəstək Layihəsi”nin 100 iştirakçısına bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçıların bizneslərini böyütməsinə dəstək məqsədilə təşkil olunan “Həvəsləndirmə mükafatları” müsabiqəsi başa çatıb.

“İki sahil” xəbər verir ki, layihə üzrə 2020–2024-cü illərdə avadanlıqla təmin edilərək istehsal və xidmət sahələrində kiçik biznes quran 100 iştirakçı öz fəaliyyətlərini daha da inkişaf etdirmək üçün əlavə dəstək alacaq.

Müsabiqəyə ölkənin bütün şəhər və rayonlarından 258 nəfər müraciət edib. Qaliblərin seçimində aşağıdakı meyarlara üstünlük verilib:

qeydiyyata alınmış vergi ödəyicisi olması;

özünüməşğulluq proqramı çərçivəsində birinci ilin biznes planını uğurla tamamlaması;

son 12 ayda bütün hüquqi və vergi tələblərinə tam riayət etməsi və hər hansı cəriməsinin olmaması;

seçdiyi iqtisadi fəaliyyət istiqaməti üzrə hal-hazırda biznes fəaliyyəti ilə məşğul olması.

Qalib şəxslərə mövcud fəaliyyətlərini genişləndirmək üçün əlavə avadanlıqlar veriləcək. Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalana bilər.

Qaliblərin tam siyahısı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.

http://dma.gov.az/storage/MDL-Qalib-benefisiarlar-2025.pdf

Seçilən
7
ikisahil.az

1Mənbələr