AZ

Azərbaycan Prezidenti XRİTDX-nin hərbi qulluqçularını təltif edib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant

Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant

Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant

Ağayev Vüsal Mirzağa oğlu – kapitan

Mövlamov Füzuli Saleh oğlu – kapitan

Musayev Mirvahid Mirələm oğlu – kapitan

Şaliyev Şahin Eldar oğlu – kapitan

Əliyeva Məsumə Teymur qızı – baş leytenant.

Seçilən
26
47
poliqon.az

10Mənbələr