AZ

Rusiyada Qlobal Atom Forumu başlayıb

Rusiyada

Rusiya prezidenti Vladimir Putin Qlobal Atom Forumuna gəlib.

Reyting.az
xəbər verir ki, 2025-ci il forumu Rusiyanın nüvə sənayesinin 80 illiyinə təsadüf edir.

Forumda Rusiya lideri ilə yanaşı, Belarus prezidenti Aleksandr Lukaşenko, Myanma prezidenti vəzifəsini icra edən Min Aunq Hlainq, Ermənistanın baş naziri Nikol Paşinyan, Efiopiyanın baş naziri Abiy Əhməd, MAQATE-nin direktoru Rafael Qrossi, həmçinin İran, Özbəkistan, Misir, Niger və bir sıra ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak edəcək.

Forumdan sonra Putinin bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü planlaşdırılır.

Daha əvvəl Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş barədə məlumat yayılmışdı.

ELÇİN
Seçilən
9
1
reyting.az

2Mənbələr