AZ

Toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb

Sosial şəbəkələrdə toy karvanında "Tofaş" markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etməsini özündə əks etdirən görüntülər yayılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə sürücü 28 yaşlı Nurlan Səfərli müəyyən edilərək saxlanılıb.

Seçilən
6
31
demokrat.az

10Mənbələr