Budapeşt, 25 sentyabr, AZƏRTAC
ABŞ və Macarıstan liderləri - Prezident Donald Tramp və Baş nazir Viktor Orban arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.
“Onlar müharibənin gedişi, sülh perspektivləri, qlobal iqtisadiyyatda gedən proseslər, tariflərin tətbiqi nəticəsində yaranan vəziyyət və eləcə də təbii ki, Mərkəzi Avropanın enerji təchizatı məsələləri müzakirə ediblər”, - deyə nazir bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt