AZ

Qazlı içkilərin bankalarında olan halqalar nə üçündür?

Qazlı içki bankalarının üzərindəki kiçik halqa və onun ortasındakı deşik təsadüfi detal deyil. Çoxları bunun borucuq üçün nəzərdə tutulduğunu düşünsə də, əslində bu element xüsusi mühəndislik həllinin nəticəsidir. Məhz bu detal bankaların həm rahat, həm də təhlükəsiz istifadəsini təmin edib.

HİT.az xəbər verir ki, 1962-ci ildə mühəndis Ermal Kleon Freyz qazlı içki bankasını konserv açacağı olmadan aça bilməmiş və hətta qapağı maşının bamperi ilə qaldırmağa çalışmışdı. Bu hadisə onu “dilcik” adlı mexanizmi icad etməyə sövq edib. İlk nümunələr sadəcə qapaqdan qopur və tullantıya çevrilirdi. Onlar kəskin kənarları ilə insanları yaralaya, təbiəti çirkləndirə və heyvanlar üçün təhlükə yarada bilirdi.

1975-ci ildə ixtiraçı Daniel F. Kudzik bu mexanizmi təkmilləşdirərək “dilciyi” qapağa sabitlənmiş formada hazırladı. O dövrdən etibarən mərkəzdə kiçik deşik də əlavə edildi. Ancaq bu deşik borucuq üçün deyil, başqa məqsədlərə xidmət edirdi.

Mütəxəssislər bildirirlər ki, kiçik deşiyin iki əsas üstünlüyü var:

* halqa dayaq nöqtəsi rolunu oynayaraq bankanı açmaq üçün tələb olunan gücü azaldır, prosesi daha rahat və təhlükəsiz edir;
* deşik həm də alüminium qənaətinə səbəb olur. Kiçik görünən bu detal həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyət daşıyır.

Sonradan bu tip dilciklər konserv bankalarında da tətbiq edilməyə başlandı və “açar” adını aldı. Belə qapaqlar isə “Easy Open” və ya “LVC” — yəni “asan açılan qapaq” kimi tanındı.

Mütəxəssislər dilciyi qoparmağı məsləhət görmürlər. Çünki qopmuş parçalar kəskin olur, xəsarət yetirə bilər, boğulma riski yaradır və tullantı kimi təkrar emalı çətinləşdirir. "Pepsi" kimi şirkətlər 1990-cı illərin əvvəllərindən bəri yalnız qapağa bərkidilmiş dilciklərdən istifadə edirlər. Ən optimal yol isə bankanı bütöv şəkildə utilizasiya etməkdir.

Samir

Seçilən
1
hit.az

1Mənbələr