Bakı. Trend:
Qazaxıstan alternativ marşrutlarla neft tədarüklərini artırmaqlaRusiyadan asılılığı azaltmağa çalışır.
Trend xəbər verirki, bunu “Energy Intelligence Group” şirkətinin neft bazarları üzrəiqtisadçısı Jülyen Matonyer Bakıda keçirilən “Xəzər və MərkəziAsiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusundakonfransda çıxışında deyib.
"Qazaxıstan Rusiyadan asılılığı azaltmaq üçün Xəzər dənizivasitəsilə tədarükləri artırır və şimal qonşusundan asılılığıazaldacağına ümid edir", - deyə o bildirib.
Ekspert vurğulayıb ki, regiondakı bütün ölkələrdə şaxələndirməmüşahidə olunur.
"Qazaxıstanda məqsəd Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsiləneft ixracını hazırkı təxminən 1,5 milyon tondan potensial 20milyon tona çatdırmaqdır. Bu kanalda neft daşımalarını artırmaqniyyəti var. Bu göstəricinin 2024-cü ildəki 1,4 milyon tondan2025-ci ildə 1,7 milyon tona yüksələcəyi gözlənilir", - deyəMatonyer bildirib.