AZ

İtaliyada "it vergisi" tətbiq olunacaq

İtaliyanın Bolzano şəhərində 2026-cı ildən etibarən turistlər yanlarında gətirdikləri itlər üçün gündəlik 1,5 avro vergi ödəyəcəklər.

BAKU.WS xəbər verir ki, şəhər rəhbərliyi qərarın məqsədini küçələrin təmizliyi və yeni it parklarının maliyyələşdirilməsi ilə izah edib. Şəhərdə yaşayan it sahibləri isə illik 100 avro vergi verəcəklər.

Bolzano əyalət Məclisinin üzvü Luis Valxer bildirib ki, bu addım yalnız it sahiblərinə şamil olunur və ədalətli hesab edilir: "Əks halda, küçələrin təmizliyi bütün cəmiyyətin üzərinə düşərdi. Halbuki əsas çirklənmə itlərin tullantılarından qaynaqlanır".

Seçilən
2
far.az

1Mənbələr