AZ

İki nazir, agentlik sədri və xidmət rəisi Naxçıvana gedir Qəbul günləri açıqlandı

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

*Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb.

“AzPolitika” xəbər verir ki, bir neçə nazir, xidmət rəisi və agentlik rəhbəri Naxçıvan Muxtar Respublikasının sakinləri ilə görüş keçirməyi planlaşdırır.

Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, energetika naziri Pərviz Şahbazov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinlərini qəbul edəcək, onların problemləri ilə maraqlanacaqlar.

Qəbul günlərinə gəldikdə, Qoşqar Təhməzli oktyabrın 2-də, Pərviz Şahbazov 10-da, Mürsəl İbrahimov 24-də, Anar Əliyev isə 31-də Naxçıvanda olacaq.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
azpolitika.info

1Mənbələr