AZ

Binyamin Netanyahunun Sloveniyaya girişinə qadağa qoyulub

Sloveniya İsrailin Baş naziri Binyamin Netanyahunun ölkəyə girişinə qadağa qoyub.

“İki sahil”  "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Sloveniya hökumətinin bəyanatında deyilir.

Ölkə İsrail hökumətinin başçısına qarşı belə bir qərar qəbul edən ilk Avropa İttifaqı üzvü olub.

Sloveniya iyul ayında İsrailin iki nazirini - İtamar Ben Qvir və Betsalel Smotriçi də "persona non qrata" elan edib.

Sloveniya keçən il Fələstinin müstəqilliyini tanıyıb, avqustda isə İsrailə silah tədarükünə embarqo qoyub.

Seçilən
5
6
ikisahil.az

7Mənbələr