AZ

ABŞ Alyaska yaxınlığında Rusiya təyyarələrinə görə qırıcıları havaya qaldırıb

ABŞ Alyaska üzərindəki beynəlxalq hava məkanında dörd Rusiya təyyarəsini aşkar edib.

“İki sahil” xəbər verir ki, bu barədə NORAD mətbuat açıqlamasında bildirilib.

Məlumata görə, cavab olaraq Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) bir E-3 təyyarəsi, dörd F-16 qırıcısı və dörd KC-135 yanacaqdoldurma təyyarəsi göndərib.

Qeyd olunub ki, sentyabrın 24-də iki Tu-95 və iki Su-35 Alyaskanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Rusiya təyyarələri ABŞ və Kanadanın hava məkanını pozmayıblar.

"Rusiyanın Alyaskanın hava hücumundan müdafiə zonasında bu cür fəaliyyətləri mütəmadi baş verir və təhdid kimi qiymətləndirilmir", - məlumatda qeyd olunur.

Seçilən
8
ikisahil.az

1Mənbələr