AZ

Ebru Gündeş boşandı - FOTO

Türkiyəli tanınmış müğənni Ebru Gündeş həyat yoldaşı Murat Özdemirdən ayrılıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə rəsmi açıqlamanı sosial media hesabında paylaşıb:

"Qısa müddətdə böyük sevgi ilə qurduğumuz evliliyimizi fikir ayrılığı səbəbindən bitirməyi qərara aldıq. Nikahımız sona çatsa da, aramızdakı dostluq və hörmət daim qalacaq", - deyə Gündeş qeyd edib.

Məlumat üçün bildirək ki, Ebru Gündeş daha əvvəl iş adamı Reza Zərrabla evli olub. Onların bu nikahdan bir qız övladı var.

Murat Özdemir isə iki dəfə ailə həyatı qurub və üç uşağın atasıdır. Cütlük 2024-cü ildə nikah masasına oturmuşdu.

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
3
1
milli.az

2Mənbələr