AZ

1310-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1310-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 86 623 PUA-sı, 631 zenit-raket kompleksi, 25 246 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 29 921 artilleriya və minaatanı, 42 602 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
5
49
axar.az

10Mənbələr