AZ

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına bilet satışı başlayıb  

III MDB Oyunlarının Təşkilat Komitəsi yarışlara bilet satışının başladığını elan edib.

AZƏRTAC xəbər verir ki, Oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir. Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq. Yarışlar 12 idman məkanında təşkil olunacaq.

Seçilən
15
12
azerbaijan-news.az

10Mənbələr