AZ

Bizim.Media 5 yaşında!

Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən Bizim.Media informasiya portalının fəaliyyətə başlamasından 5 il ötür.

2020-ci il sentyabrın 25-də – 44 günlük Vətən müharibəsi ərəfəsində fəaliyyətinə start verən Bizim.Media həmin vaxtdan etibarən cəmiyyətə dəqiq, operativ və obyektiv informasiya təqdim etmək missiyasını daşıyır. Beş illik fəaliyyəti dövründə portal Azərbaycan oxucusunun etimadını qazanıb, həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında etibarlı mənbəyə çevrilib.

Bizim.Media Azərbaycanda informasiya portallarının reytinqində ilk beşlikdə qərarlaşıb.

Portal siyasətdən idmana, iqtisadiyyatdan mədəniyyətə qədər bütün sahələri əhatə edən xəbərləri ilə tanınır.

Peşəkar komandanın gərgin əməyinin nəticəsində Bizim.Media bu illər ərzində təkcə xəbərləri operativ olaraq təqdim etməklə kifayətlənməyib, həm də analitik yazıları, maraqlı reportajları və eksklüziv müsahibələri ilə də oxucuların etibarını qazanıb, istinad mənbəyinə çevrilib. Üstəlik, Bizim.Media sosial şəbəkələrdə uğurlu fəaliyyəti sayəsində daha geniş auditoriyaya çıxmağı bacarıb.

Fəaliyyətinin ilk günlərindən informasiya müharibəsində Azərbaycanın səsini dünyaya çatdırmaq üçün çalışan Bizim.Media bu gün artıq beş illik təcrübəsi ilə oxucuların gündəlik həyatının bir parçasına çevrilib.

OLAY Bizim.Media-nın kollektivini təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayır.

Seçilən
17
14
olay.az

10Mənbələr