AZ

Kaya Kallas Budapeşt və Bratislavaya qarşı sanksiyaların tətbiqinə qarşı çıxıb

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiya neftini aldıqlarına görə Macarıstan və Slovakiyaya qarşı sanksiya tətbiq olunmasının əleyhinə çıxıb.

“İki sahil” xəbər verir ki, Kallasın sözlərinə görə, Trampın da daha əvvəl tələb etdiyi kimi, Budapeşt və Bratislava Rusiya nefti və qazından asılılığı aradan qaldırmaq üçün qonşu ölkələrin təklif etdiyi alternativ mənbələri ciddi şəkildə nəzərdən keçirməli və inkişaf etdirməlidir.

Xatırladaq ki, bundan əvvəl Tramp əminliklə bildirib ki, Macarıstanın Baş naziri Orbandan xahiş etsə, bu ölkə Rusiya neftinin almaqdan imtina edəcək. “Bloomberg” agentliyinin mənbələrinin məlumatına görə, ABŞ Rusiyanın təbii ehtiyatlarının idxalına görə nə Macarıstana, nə də Slovakiyaya təzyiq göstərməyib. Vaşinqtonun yeganə tələbi Budapeşt və Bratislavanın Rusiya əleyhinə tətbiq edilmiş sanksiyalara əməl etməsi olub.

Seçilən
7
2
ikisahil.az

3Mənbələr