AZ

Ebru Gündeş boşandı

Türkiyəli müğənni Ebru Gündeşlə həyat yoldaşı Murat Özdemir boşanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.

“Böyük sevgi ilə qısa müddətdə qurduğumuz evliliyimizi fikir ayrılığı səbəbindən təəssüf ki, bitirmək qərarı aldıq. Evliliyimizi bitirmiş olsaq da, aramızdakı dostluq və sayğı həmişə qalacaq” deyə, Ebru Gündeş bildirib.

Qeyd edək ki, Ebru bundan əvvəl iş adamı Reza Zərrabla evli olub. Onun bu nikahdan bir qız övladı var.

İki dəfə evli olan Muradın isə 3 övladı var.

Ebru Muratla 2024-cü ildə ailə qurub. Avqust ayında Ebru Gündeşin həyat yoldaşı Murat Özdemir saxlanılıb. O, Selahattin Yılmazın cinayətkar təşkilatına üzv olmaqda ittiham edilib.

Bildirilib ki, Özdemir həmin dəstə ilə əlbir olaraq mütəşəkkil sənaye bölgəsinə basqın edib.


Musavat.com

Seçilən
7
5
tribunainfo.az

9Mənbələr