AZ

Ebru Gündeş 4-cü ərindən də boşanır - FOTO

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş boşanma qərarı aldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial mediada paylaşım edib.

Ebru həyat yoldaşı Murat Özdemirdən ayrıldığını bildirib:

“Böyük bir sevgi ilə qısa müddətdə qurduğumuz evliliyimizdə zaman keçdikcə yaşadığımız fikir ayrılıqları səbəbilə təəssüf ki, ayrılmaq qərarı vermişik. Evliliyimiz sona çatsa da, bir-birimizə olan hörmətimiz və dostluğumuz davam edəcək. Bu müddət ərzində yanımızda olan və həssaslıq göstərən hər kəsə indidən sonsuz təşəkkür edirəm”.

Qeyd edək ki, Ebru bundan əvvəl 3 dəfə ailəli olub. O, Cənubi azərbaycanlı iş adamı Reza Zarrabla da evli olub, ayrılıb. Hətta Rezayla nikahından bir qızı var.

Onu da xatırladaq ki, ifaçının indiki həyat yoldaşı bir müddət öncə Selahattin Yılmazın cinayətkar təşkilatına üzv olmaq ittihamı ilə saxlanılmış, sonra sərbəst buraxılmışdı.




Sara, Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr