AZ

“AzerGold” QSC beynəlxalq standart üzrə daha bir sertifikat əldə edib

Fəaliyyətində şəffaflıq, dürüstlük, hesabatlılıq kimi dəyərləri prioritet elan edən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) daha bir mühüm beynəlxalq standart üzrə sertifikat əldə edib.

“AzerGold”dan XQ-yə verilən məlumata görə, ISO 37001:2016 – Rüşvətxorluğa qarşı İdarəetmə Sistemləri üzrə beynəlxalq sertifikat akkreditə olunmuş müstəqil sertifikatlaşdırma qurumu tərəfindən cari ilin may-iyun aylarında keçirilmiş auditin nəticələrinə əsasən təqdim edilib. Qeyd edək ki, sözügedən sənəd Beynəlxalq Standartlaşdırma Təşkilatı - ISO (International Organization for Standardization) tərəfindən hazırlanıb və şirkətin antikorrupsiya fəaliyyətinin, rüşvətin aşkarlanması və qarşısının alınması üzrə idarəetmə sisteminin beynəlxalq standartlara uyğun qurulduğunu və işlədiyini təsdiqləyir. 

Rüşvətxorluğa qarşı İdarəetmə Sistemləri üzrə beynəlxalq sertifikatın əldə olunması dövlət şirkəti üçün bir sıra strateji, hüquqi və reputasiya üstünlüklər qazandırmaqla, milli qanunvericiliyə və beynəlxalq antikorrupsiya konvensiyalarına uyğunluğu təmin edir.

Xatırladaq ki, “AzerGold” QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Bu günədək Keyfiyyət İdarəetmə Sistemi üzrə İSO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə İSO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə İSO 14001:2015  beynəlxalq sertifikatlar əldə edib. QSC-nin fəaliyyət sahələrinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.

Seçilən
0
9
xalqqazeti.az

10Mənbələr