Ukrayna ilə Avropa Komissiyası yükdaşımaların liberallaşdırılmasına dair sazişin müddətini daha 15 ay uzadıb. Bununla da “nəqliyyat vizasız rejimi” ən azı 2027-ci ilin mart ayına qədər qüvvədə qalacaq.
Editor.az xəbər verir ki, bu barədə Ukraynanın İcma və Ərazilərin İnkişafı Nazirliyi məlumat yayıb.
Saziş Ukrayna daşıyıcılarına Avropa İttifaqı ölkələrinə ikitərəfli və tranzit yükdaşımaları əlavə icazələr olmadan həyata keçirməyə imkan verir. Müqavilənin uzadılması ticarət əlaqələrinin inkişafına, logistika baryerlərinin azalmasına və Ukraynanın Avropa nəqliyyat məkanına inteqrasiyasına töhfə verəcək.
//Samir Qurbanov, Editor.az