Bakı. Trend:
İtaliya İsrail-Fələstin münaqişəsində iki dövlətli həllintərəfdarıdır.
Trend xəbərverir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMTBaş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib.
O bildirib ki, ölkəsi iki dövlətli həll haqqında Nyu-YorkBəyannaməsini imzalayıb. Bu, İtaliyanın Fələstin məsələsində tariximövqeyidir, heç vaxt dəyişməyib.
“Müharibəyə son qoymaq üçün konkret həll yollarına ehtiyac var.Çünki sülh təkcə çağırışlarla və ya sülh istəməyənlərin qəbuletdiyi ideoloji çağırışlarla qurulmur. Sülh səbirlə, cəsarətlə,ağlabatanlıqla qurulur”, - deyə Baş nazir qeyd edib.
Ciorcia Meloni əlavə edib ki, Fələstinin tanınmasının iki mühümilkin şərti olmalıdır: bütün israilli girovların azad edilməsi vəHƏMAS-ın Fələstinin idarə olunmasındakı rolundan imtinaetməsi”.