AZ

Prezident: Gürcüstanda etnik zəmində təzyiqlər olmayıb

TBİLİSİ, 25 sentyabr. TELEQRAF

“Gürcüstan tarix boyu heç kimin etnik və dini zəmində təzyiq və təqiblərə məruz qalmadığı yerdir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.

Onun sözlərinə görə, tolerantlıq Gürcüstanın qədim mədəniyyətinin ayrılmaz hissəsidir və bu, milli ənənələrdə, məşhur gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərində parlaq şəkildə əksini tapıb.

M.Kavelaşvili vurğulayıb ki, Gürcüstanın tarixi gürcü xalqının işğalçılara qarşı özünü qorumaq uğrunda apardığı mübarizənin davamlı salnaməsidir:

“Bunun nəticəsində biz möcüzəvi şəkildə mədəni kimliyimizi, adət-ənənələrimizi və milli varlığımızı qoruyub saxlaya bilmişik”.

Seçilən
2
teleqraf.com

1Mənbələr