AZ

“Simeone ilə heç bir problemim yoxdur”

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares baş məşqçi Dieqo Simeone ilə arasında guya gərginlik yaşandığı barədə yayılan xəbərlərə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Goal"  25 yaşlı forvardın dediklərini belə çatdırıb.

“Onların dodaqdan oxuyaraq dedikləri ilə mənim əslində söylədiklərim arasında heç bir əlaqə yoxdur. Açığını desəm, sadəcə söyüş işlətdim və o, buna görə mənə əsəbləşdi. Mediada belə şeylər tez-tez olur, amma hər şey qaydasındadır. Gəlin irəliləməyə davam edək və yolda xal itirməyək”

Daha əvvəl  futbolçunun La Liqanın 5-ci turunda “Mayorka” ilə oyunda (1:1) 63-cü dəqiqədə əvəzləndikdən sonra argentinalı mütəxəssisə irad bildirdiyi iddia edilmişdi.

Qeyd edək ki, Alvares cari mövsümdə bütün turnirlərdə 9 oyunda meydana çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına əsasən, hücumçunun bazar dəyəri 100 milyon avro təşkil edir.

Seçilən
8
90deqiqe.az

1Mənbələr