AZ

Gürcüstan prezidenti Ukraynanı dəstəkləyib

Gürcüstan prezidenti Mixail Kavelaşvili Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edərək, Ukraynanı  müharibədə dəstəkləyib.

Busaat.az xəbər verir ki, onun sözlərini “İmedi” nəşri yazıb.

“Ukraynada dörd ildir ki, fəlakətli nəticələrə və böyük insan itkilərinə səbəb olan dəhşətli, qanlı müharibə gedir. Biz bu gün Ukrayna xalqının çəkdiyi ağrıları bir çoxlarından daha yaxşı başa düşürük. Bu gün də, əvvəlki kimi, Gürcüstan Ukrayna xalqını dəstəkləməkdə möhkəm qalır”, – deyə prezident bildirib.

O, həmçinin qeyd edib ki, Gürcüstan 2008-ci ildə Rusiya ilə hərbi münaqişənin yaralarını hələ də daşıyır. Kavelaşvili abxazlara və osetinlərə də müraciət edərək onları işğalın o tayındakı xalqlar kimi xarakterizə edib.

Yeganə

Seçilən
86
5
busaat.az

7Mənbələr