Moldovalı oliqarx, qaçaq Vladimir Plaxotnyuk Yunanıstandan ölkəsinə ekstradisiya olunub.
News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. O, Kişinyov hava limanına gətirildikdən sonra birbaşa əli qandallı 13 saylı İstintaq Təcridxanasına aparılıb.
Hakimiyyət mümkün insidentlərin qarşısını almaq üçün hava limanına girişə məhdudiyyət qoyub. Məlumata görə, Plaxotnyukun əvvəlki baş nazir və bank qalmaqalında həbs olunan Vladimir Filatın yerləşdiyi kameraya salınması ehtimal edilir.
Plaxotnyuk Moldovanın bank sistemindən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur.
Aqil Qarayev