AZ

Azərbaycan millisi üçün xarici futbolçular milliləşdirilir? AFFA dan AÇIQLAMA

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Azərbaycan futbolunda zaman-zaman milliləşdirilmiş furbolçulara rast gəlinib.

BAKU.WS-in məlumatına görə, xarici ölkələrdə çıxış edən futbolçuların milli komandaya cəlb olunması milli heyətin gücləndirilməsi və komandanın beynəlxalq arenada rəqabət qabiliyyətinin artırılması baxımından önəmli addım sayılıb.

İddialara görə, hazırda müxtəlif ölkələrdə çıxış edən gənc və təcrübəli oyunçuların milliləşdirilməsi imkanları nəzərdən keçirilir. Bu proses milli komandaya yeni nəfəs gətirə və heyətin müxtəlif mövqelərində rəqabət gücünü artırmağa xidmət edə bilər.

AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov BAKU.WS-ə açıqlamasında yayılan iddiaları təkzib edib:

"Bir neçə həftə əvvəl mətbuatda belə yazıları biz də oxumuşuq. Hal-hazırda heç kimlə bu barədə danışıq aparmırıq. Xarici mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
baku.ws

2Mənbələr