AZ

Türkıstan “Sənətkarlar şəhərciyi”nin açılışında Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunacaq

Məşhur azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Şəbəkə" kolleksiyası 26-28 sentyabr tarixlərində Qazaxıstanın Türkıstan şəhərində keçiriləcək Turkıstan World Craft Fest-2025 çərçivəsində nümayiş etdiriləcək.

26 sentyabrda Türkıstanda "Sənətkarlar şəhərciyi"nin və beynəlxalq "Türkıstan - sənətkarlar şəhəri" festivalının təntənəli açılışı olacaq. Yeddi ölkədən 50-dən çox sənətkar və təxminən 100-ə yaxın qazax ustası özünəməxsus əl işlərini təqdim edəcək, müxtəlif rəngarəng tədbirlər təşkil olunacaq. Festivalın kulminasiyası isə turizm və mədəniyyəti birləşdirən yeni və unikal məkan - "Sənətkarlar şəhərciyi" kompleksinin açılışı olacaq.

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin banisidir. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olundu.

Seçilən
1
3
milli.az

4Mənbələr