Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşü başlayıb.
ABŞ Prezidenti Donald Tramp görüşdən əvvəl verdiyi açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanla uzun müddətdir dost olduqlarını bildirib və “Çox hörmətli biridir, öz ölkəsində, bütün Avropada, bütün dünyada çox hörmət görür” – deyə qeyd edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki,
"MÖHTƏŞƏM İŞLƏR GÖRÜR"
“Çox çətin bir adam, ölkəsində yaxşı işlər görür. Prezident Ərdoğan möhtəşəm bir ordu qurdu və onu Ağ Evdə qəbul etmək bizim üçün bir şərəfdir. Mən Ərdoğana çox hörmət edirəm”– deyən Tramp, Prezident Ərdoğanın aydın və qəti fikirləri olduğunu və möhtəşəm işlər gördüyünü söyləyib.
"TÜRKİYƏ F-35 MƏSƏLƏSİNDƏ İSTƏDİYİNİ ALACAQ"
F-35 məsələsinə də toxunan Tramp, “Türkiyə ilə çox iş görürük. Türkiyə möhtəşəm məhsullar istehsal edir. Biz onlardan çox şey alırıq, onlar da bizdən çox şey alırlar. F-35 məsələsində də uğurlu olacağıq. Türkiyə istədiyini alacaq” – deyib.
"PUTİN VƏ ZELENSKİ DƏ ƏRDOĞANA HÖRMƏT EDİR"
Tramp, “Prezident Ərdoğan hər ikisi (Putin-Zelenski) tərəfindən də çox hörmət görür. Hər kəs Ərdoğana hörmət edir. Mən də elə” – deyib.
"BU, TÜRKİYƏ ÜÇÜN BİR QƏLƏBƏ İDİ"
Tramp, “Prezident Ərdoğan Suriyada keçmiş lideri devirmək uğrundakı mübarizədə uğurun məsuliyyətini daşıyan şəxsdir. Mən Suriyaya qarşı sanksiyaları ləğv etdim. Suriyadakı qələbənin məsulu Ərdoğan idi. Bu, Türkiyə üçün bir qələbə idi. Ərdoğanın istəyilə sanksiyaları qaldırdım” – deyib.
Tramp əlavə edib ki, Suriya ilə bağlı önəmli bir açıqlama verəcəklər.
"MÜNASİBƏTLƏRDƏ FƏRQİ BİR PROSES YAŞAYIRIQ"
Prezident Rəcəb Tayyib Ərdoğan isə verdiyi açıqlamada, “Həm cənab Trampın birinci dövründə, həm də ikinci dövründə Türkiyə-Amerika münasibətlərində fərqli bir prosesi yaşayırıq” – deyib.
“Həm F-35, həm F-16 mövzusu, həm də Halkbank ilə bağlı aramızdakı münasibətləri ətraflı müzakirə etmək fürsəti tapacağımıza inanıram” – deyən Prezident Ərdoğan, “Birlikdə regiondakı çətinlikləri aradan qaldıracağıq” – deyib.
Heybeliada Ruhani Məktəbi ilə bağlı Türkiyənin üzərinə düşəni etməyə hazır olduğunu bildirən Prezident Ərdoğan, “Qayıdanda cənab Bartholomeos ilə də bu mövzunu müzakirə etmək fürsəti tapacağam” – deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.