AZ

İlham Əliyev: Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir

“Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Vaşinqton Sazişinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regionaı bağlantıları möhkəmləndirəcək beynəlxalq sülh və rifah naminə Tramp marşrutudur: “Vaşinqton sammiti həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycan və ABŞ arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında anlaşma memorondumunu Prezident Donald Trampla birgə imzaladıq.”

Seçilən
4
19
apa.az

10Mənbələr