AZ

Millimizin müdafiəçisinin komandası 5 qolla qalib gəldi

Türkiyə I Liqasında VII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mert Çelikin formasını geyindiyi "Sivasspor" doğma meydanda "Adana Demirspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Mert bu matçın iştirakçısı olmayıb. 25 yaşlı mərkəz müdafiəçisi sona qədər ehtiyatda qalıb.

7 turdan sonra 8 xal toplayan "Sivasspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Seçilən
0
1
sportal.az

2Mənbələr